Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Yeniyetmə şahmatçıların ən güclüləri mükafatlandırılıb

 

Böyütmək üçün seçinDövlət Bayrağı Günü ilə əlaqədar Siyəzəndə yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

İki gün davam edən yarışda ümumilikdə 40-dan çox yeniyetmə birincilik uğrunda mübarizə aparıb. Qızlar arasında Nigar Dəmirova, oğlanlar arasında isə Kamran Əsədov rayon birinciliyinin qalibi olublar. Yarışda uğurla çıxış edən Nəzrin Allahverdiyeva, Şəbnəm Abdullayeva, Rüstəm Əhmədov və Məhəmməd Yaqubov da mükafatçılar sırasında yer almağı bacarıblar.  Gənclər Mərkəzində keçirilən mükafatlandırma mərasimində rayon gənclər və idman idarəsi, təhsil şöbəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin nümayəndələri çıxış edərək yarışın məqsədi, eləcə də Dövlət Bayrağı Gününün əhəmiyyəti haqqında danışıblar.

Çıxışlardan sonra təşkilatçılar tərəfindən I, II və III yerlərin sahiblərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov