Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Rəsmi xronika

 

* Noyabrın 19-da  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında  sərəncam imzalayıb. 

* Noyabrın 19-da  Prezident  İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya  digər  əmlakın leqallaşdırılmasına  və terrorçuluğun maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqında  fərman imzalayıb. 

* 16-18 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və xanımı  Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransada işgüzar səfərdə olublar. Ölkə başçısı İlham Əliyev noyabrın 17-də  Parisdə keçirilən Forumda çıxış edib.  

* Noyabrın 16-da  dövlət başçısı  İlham Əliyev  Din xadimlərinin və dini icma rəhbərlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

* Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 14-16 noyabr tarixlərində  “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün Türkiyə Respublikasında işgüzar səfərdə olublar. Ölkə başçısı  sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov