Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Məktəblilərin rəsm sərgisi keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə  “Qönçələrin çiçək dünyası” adlı sərginin açılış mərasimi olub.

Tarix Muzeyində təşkil olunmuş sərgidə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının və Hövsan Mədəniyyət Evinin uşaq rəsm dərnəyinin 6-13 yaş arası üzvlərinin çəkdikləri 67 rəsm nümayiş olunub.

Açılış mərasimində iştirak edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı iştirakçıları təbrik edib və balaca rəssamlara uğurlar arzulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə vaxtaşırı uşaqlar və yeniyetmələr arasında yaradıcılıq müsabiqələrinin və sərgilərin keçirildiyini xatırladıb. Belə tədbirlərin istedadlı məktəbliləri daha da həvəsləndirdiyini, gənclərin yaradıcılığını stimullaşdırdığını vurğulayan O.Səmədov bundan sonra da uşaqların həm intellektual, həm də yaradıcı baxımdan inkişafı üçün hərtərəfli şərait yaradılacağını deyib.

Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Hövsan Mədəniyyət Evinin direktoru Vasif Rəhimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, rəssamlar, jurnalistlər, məktəblilər iştirak ediblər.  

Sərginin təşkilində xüsusi rolu olan Uşaq Filarmoniyasının rəssamı Gilan Əzizxanlı və Bilik Fondunun məsləhətçisi Şəlalə İsmayılova yetişməkdə olan gənc nəslin estetik tərbiyəsində belə sərgilərin böyük rolu olduğunu deyiblər.

Açılış mərasiminin sonunda balaca rəssamlara təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Sərgi ilin sonunadək davam edəcək.  

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov