Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Mingəçevir Dövlət Universitetində təlimlərə start verilib

 

Böyütmək üçün seçinMingəçevir Dövlət Universitetində (MDU) Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus Mundus layihəsi çərçivəsində İNFİNİTY proqramı üzrə təlim kurslarının keçirilməsinə başlanılıb. Bu məqsədlə Mingəçevir Dövlət Universitetinin İNFİNİTY proqramı üzrə əməkdaşlıq etdiyi Çexiyanın Ostrava Texniki Universitetinin tanınmış pedaqoqları Eva Kolcunova və David Slavata MDU-ya işgüzar səfərə gəliblər.

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev qonaqları salamlayaraq  onları rəhbərlik etdiyi ali məktəbdə görməsindən məmnunluğunu bildirib. Rektor universitet haqqında ətraflı məlumat verib.  

Missiyanın rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Eva Kolcunova universitetdə isti münasibətlə qarşılaşdıqlarını, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını qeyd edib. Eva Kolcunova noyabrın 30-na qədər  davam edəcək səfərləri zamanı universitetin iqtisadiyyatla bağlı ixtisaslar üzrə təhsil alan tələbələrinə “Davranış iqtisadiyyatı” və “Emosional iqtisadiyyat” üzrə təlim keçəcəyini söyləyib.

İqtisad üzrə fəlsəfə doktoru David Slavata qəbul üçün universitetin rektoru A.Hacıyevə minnətdarlığını bildirib. İldə iki dəfə İtaliyanın ali təhsil ocaqlarında mühazirə demək üçün dəvət aldığını deyən D.Slavata Mingəçevir Dövlət Universitetinin tələbələri ilə fikir mübadiləsi aparmaq üçün bu təhsil ocağına gəlməsindən  məmnun olduğunu vurğulayıb. O, tədqiqatçı kimi Avropa ölkələrinin daşınmaz əmlak strukturu və daşınmaz əmlak bazarını araşdırdığını və bu sahədə tələbələrlə fikirlərini bölüşməyə çalışacağını bildirib.

Eva Kolcunova və David Slavata universitetin auditoriyalarını gəzib burada tələbələr üçün yaradılan şəraitlə, tədris prosesi ilə tanış olublar. 

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti İNFİNİTY proqramı üzrə Portuqaliya, Çexiya, Sloveniya və Estoniyanın ali məktəbləri ilə əməkdaşlıq edir.   

Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov