Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Bakı Ali Neft Məktəbi Almaniya ilə əməkdaşlığını genişləndirir

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempeli qəbul etdi. Səfiri salamlayan rektor Elmar Qasımov onu ali məktəbdə görməkdən məmnunluğunu bildirdi. Rektor qonağa ali məktəb haqqında məlumat verərək dedi ki, təhsil müəssisəsinin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrlarının hazırlanmasıdır. O, ali məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırdı. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini, imtahanların həmin universitetin professorları tərəfindən aparıldığını və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirdi. 

E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də səfirin diqqətinə çatdırdı. O, ali məktəbdə tədrislə yanaşı, tədqiqata  da xüsusi önəm verildiyini bildirdi. BANM-in bir sıra şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Almaniyanın E.ON şirkəti ilə əlaqələrin qurulmasından söz açdı. Almaniyanın Axen Universitetinin prezidenti ilə bərpa olunan enerji mərkəzinin yaradılması ilə bağlı əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirdi. O, Axen Universiteti ilə əlaqələrin yaradılmasında SOCAR-ın tərəfdaşı olan E.ON şirkətinin dəstəyini vurğuladı.

Səfir Haydrun Tempel səmimi qəbula görə təşəkkürünü bildirdi. O, E.ON şirkəti ilə SOCAR arasında olan əməkdaşlıqdan söz açdı. Bərpa olunan enerji ilə bağlı birgə layihələrin, o cümlədən konfransın həyata keçirilməsi təklifini irəli sürən səfir konfransın təşkilində əməkdaşlığa ümidini ifadə etdi. O, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini vurğuladı. Səfir Almaniya universitetlərində yüksək keyfiyyətli texniki proqramların olduğunu dedi. BANM-də dinamizmin şahidi olduğunu deyən səfir DAAD (Alman Akademik Mübadilə Xidməti) xətti ilə almaniyalı mütəxəssislərin, ekspertlərin əməkdaşlığa sövq edilməsi və mövcud əlaqələrin davam etdirilməsinin faydalı olacağına əminliyini ifadə etdi. O, BANM-in əməkdaşlarını öz ölkəsində keçirilən beynəlxalq seminar və konfranslara dəvət etdi.

Sonda Elmar Qasımov səfiri BANM tələbələri üçün mühazirə oxumağa dəvət etdi. Xanım səfir bu təklifi məmnunluqla qəbul etdiyini bildirdi. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov