Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

 Azərbaycan Dövlət Aqrar Universitetində təqdimat

 

Böyütmək üçün seçin “ADA” Universitetinin aparıcı əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyi və “ADA” Universiteti arasında bağlanan anlaşma memorandumuna əsasən 2016-2017-ci tədris ilində kənd təsərrüfatı üzrə MBA proqramı ilə magistr hazırlığı müzakirə edilib.

Bildirilib ki, ADAU-nun 17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər “ADA” Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər.

“ADA” Universitetinin Biznes məktəbinin dekanı, doktor Nejdet Delener deyib ki, ADAU-nun tələbələrinin MBA proqramına müraciət edəcəkləri gözlənilir. Biz də o tələbələrin magistr pilləsində hazırlığını keçəcəyik. Digər müxtəlif sahələrdə-professorların təlimi, tələbə mübadiləsində də əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq hər iki universitet üçün əhəmiyyətli olacaq.

Nümayəndə heyətinə ADAU-nun tədris bazası haqqında geniş məlumat verilib, dünya universitetləri ilə aparılan əməkdaşlığın uğurlarından danışılıb. Görüşdən sonra ADAU-nun  aqrobiznes və idarəetmə fakültəsinin iclas salonunda “ADA” Universitetinin əməkdaşları tərəfindən kənd təsərrüfatı üzrə MBA magistr proqramının təqdimatı keçirilib. 

Qalib RƏHİMLİ,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov