Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Məktəbdə şairlə görüş keçirilib

 

Böyütmək üçün seçinBakı şəhəri  284  nömrəli tam orta məktəbdə tanınmış şair Vahid Əzizlə  görüş keçirilib.  Tədbiri  məktəbin direktoru Nizami Novruzov  açaraq bu görüşün məktəb kollektivi üçün çox əlamətdar olduğunu, çoxdan gözlədiklərini və dəvəti qəbul edib gəldiyinə görə  şair Vahid Əzizə  kollektiv adından minnətdarlığını bildirib.

Tədbirin aparıcıları şairin həyat və yaradıcılığı haqqında məlumat verərək bildiriblər ki, Vahid Əziz deyən kimi birinci yada düşən onun sözlərinə yazılmış mahnılar olur. Çoxu da kədərli, qəmli... Özünün yazdığı kimi elə bil, yerdə gəzə bilmir, göylərə çıxmaq istəyir.  Qeyd ediblər ki, gəncliyinin dəliqanlı çağlarında Rəsul Rza onun haqqında demişdir: “Vahidin şeirləri qibtə oyada biləcək qədər poetikdir”.

Şagirdlər  Vahid Əzizin  şeirlərinə bəstələnən mahnıları məharətlə ifa ediblər. Onlar  şairin şeirlərini söyləyərək ona olan məhəbbətlərini, sevgilərini dilə gətiriblər. Yuxarı sinif şagirdləri Vahid Əzizin lirik əsərlərindən parçalar ifa ediblər.

Sonda  şair Vahid Əziz  tədbirə görə məktəb kollektivinə minnətdarlığını bildirib. Şair tədbir iştirakçılarının arzusu ilə qələmə aldığı şeirlərindən bir neçəsini səsləndirib. Şagirdlərə gözəl çıxışlarına görə təşəkkür edən şair Vahid Əziz tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.  

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov