Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Bakı Modern Məktəbinin  şagirdləri bilik yarışmasında fərqləniblər

 

Böyütmək üçün seçinTürkiyənin Antalya şəhərində məktəblilərin və kollec tələbələrinin VII Beynəlxalq Bilik Olimpiadası keçirilib. Olimpiada Rusiya Federasiyasının Antalyadakı baş konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub.  Bilik yarışmasında   şagird və tələbələr riyaziyyat, fizika, kimya, ingilis dili, rus dili, coğrafiya və təsviri incəsənət fənləri üzrə təqdim olunan sualları cavablandırıblar.

Bakı Modern Məktəbinin  6 şagirdi daha çox fəallıq nümayiş etdiriblər. VI sinif şagirdləri - Turqay Qaybalıyev  riyaziyyat və ingilis dili fənlərindən qızıl, Emil Hacıyev, Fərid İsmayılov, Kamal Xəlilov ingilis dili fənnindən bürünc,  XI sinif şagirdi Cəmilə Seyidova isə rus dili  və riyaziyyat fənlərindən bürünc medal qazanıblar. VI sinif şagirdi Leyla İsmayılova isə  ingilis dili fənnindən IV yerə layiq görülüb.

Belə bir mötəbər bilik yarışmasının keçirilməsində məqsəd istedadlı və fəal gənclər arasında  ideya və təcrübə mübadiləsini, eyni zamanda  müxtəlif ölkələrdən olan  məktəblilər, tələbələr və müəllimlər arasında əməkdaşlığı genişləndirməkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov