Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Lerikdə məktəb tikintisi davam edir

 

 Lerikdə son illər 45 yeni, müasir tipli məktəb binası tikilmişdir. Təhsil ocaqlarında şagirdlərin yaxşı oxuması üçün hər cür şərait yaradılmışdır. Belə ki, yeni məktəblər tədris ləvazimatı, inventar və avadanlıqlarla təchiz olunmuşdur. Bütün sahələrdə olduğu kimi, təhsildə də dinamik inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

Rayonda yeni istifadəyə verilmiş 180 şagird yerlik Pirəsora kənd tam orta məktəbinin açılışı olduqca təntənəli keçdi. Valideynlər, müəllim və şagirdlər dağlar qoynunda yerləşən kənddə belə bir möhtəşəm məktəb binasının tikintisinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Lerik rayonunda məktəb tikintisi hazırda davam edir. Boykəndil, Əvilə kəndlərində tikilməkdə olan məktəb binalarında işin sürəti bir an belə səngimir. Ambu kənd tam orta məktəbinin tikintisi başa çatmaq üzrədir. Eyni zamanda Sorsçay kənd məktəb binası əsaslı təmir olunmuş və müasir avadanlıqlarla şagirdlərin istifadəsinə verilmişdir.  Yaxın vaxtlarda daha üç kənddə - Sivəkəran, Almu və Qələbin kəndlərində yeni məktəb binasının inşası nəzərdə tutulmuşdur.  

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov