Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

“Muğamatım bir dəryadır” adlı təlim keçirilib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Muğamatım bir dəryadır” musiqi təlimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutan təlim üç gün davam edib.

Layihənin rəhbəri İlahə Qismət bildirib ki, təlimin əsas məqsədi gənc ifaçılara və bu sahəyə marağı olan şəxslərə muğam sənətinin sirlərini öyrətmək, həmçinin onların incəsənətə olan marağının artırılmasına kömək etməkdən ibarətdir. Təlimdə iştirakçılar muğamla bağlı onları maraqlandıran bir çox suallara cavab taparaq əyani muğam parçalarını dinləməklə yanaşı, şifahi və ənənəvi professional muğamlarımız haqqında maarifləndiriliblər. Belə ki, təlim görkəmli muğam ifaçıları xalq artisti, dosent Zümrüd Məmmədova, əməkdar incəsənət xadimi, professor, bəstəkar Aydın Əzimov, əməkdar artist, dosent Mirnazim Əsədullayev və musiqişünas Fərdin Məmmədlinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, layihə çərçivəsində gənc musiqiçilər və musiqisevərlər ustad sənətkarlar tərəfindən professional muğamlarımız haqqında biliklərə yiyələnməklə yanaşı, mövzu ətrafında bir sıra elmi müzakirələrdə də iştirak ediblər. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov