Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Mingəçevir Dövlət Universitetinin komandası şəhər kubokunun sahibi oldu

 

Böyütmək üçün seçin“Şəhər kuboku”na həsr olunmuş ali, orta ixtisas təhsil müəssisələrinin və mənzil istimar sahələrinin komandaları arasında mini-futbol üzrə turnir keçirilib. Turnirdə 8 komanda mübarizəyə qoşulub. Oyunlar Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilib. Universitetin şərəfini bu turnirdə qapıçı Ələmdar Ələkbərli, müdafiəçılər Səxavət Cəbrayılov və Əhmədiyyə Hüseynov, yarımmüdafiəçilər Elvin Poladov və Kamil Bəkirov, hücumçular Samir Rüstəmzadə və komandanın kapitanı Elnur İsmayılov qoruyublar. Keçirilən bütün oyunları qələbə ilə başa vuran komandamız final mərhələsində Mingəçevir Turizm Kollecinin tələbələri ilə görüşüblər. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında komandamız qapıları daha dəqiq nişan alaraq 4:3 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Komandamıza Mingəçevir şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlar təqdim edilib. 

Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov