Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

SDU-da layihənin təqdimatı olub

 

Noyabrın 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan, Finlandiya və Estoniya arasında  həyata keçiriləcək TVİNNİNQ layihəsinin təqdimatı oldu.

Tədbiri universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov açaraq layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihənin ümumi məqsədi Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. Prorektor onu da vurğuladı ki, TVİNNİNQ layihəsini Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentlik və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata  keçirilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin baş məsləhətçisi Əfqan Abdullayev qeyd etdi ki, TVİNNİQ genişlənmiş Avropa İttifaqına hazırlıq çərçivəsində  Avropa Komissiyasının təşəbbüsüdür. Bu layihə Aİ-yə namizəd ölkələrin gələcəkdə Avropa İttifaqı üzv ölkələri qismində çıxış etmək üçün öz ölkələrinin inzibati və hüquqi imkanlarının gücləndirilməsinə kömək məqsədi ilə yaradılmışdır.

Universitetin prorektorları, dekanlar və struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin və Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliyinin ekspertləri - rezident Tvinninq Müşaviri (Tvinninq Layihəsi üzrə) Reijo Aholainen, rezident Tvinninq Müşavirinin assistenti Səltənənt Məmmədova, finlandiyalı ekspert Kati İsoaho və estoniyalı ekspert  Tiia Bach çıxışlarında TVİNNİNQ layihəsinin Azərbaycanda Bolonya prosesinə uyğun olaraq həyata keçirilən islahatlar çərçivəsində təlim-tədris sisteminin, həmçinin ali təhsil müəssisələri üçün akkreditasiya sisteminin təkmilləşdirilməsini, Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoqu, eyni zamanda getdikcə artmaqda olan beynəlxalq əməkdaşlığı əhatə etdiyini  qeyd etdilər.

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov