Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Bakı Dövlət Universitetinin ilk rektorunun barelyefi açılıb

 

Böyütmək üçün seçin

Rusiya Federasiyasının Stavropol diyarının Yessentuki şəhərində Bakı Dövlət Universitetinin yaradıcılarından biri və ilk rektoru, professor Vasili Razumovskinin xatirə barelyefinin açılış mərasimi keçirilib. Tədbirdən əvvəl V.Razumovskinin məzarı ziyarət edilib, onun üzərinə əklil qoyulub. Sonra böyük alimin adını daşıyan küçədə barelyefinin açılış mərasimi keçirilib. Yessentuki şəhərinin meri Aleksandr Nekristov Bakı Dövlət Universitetinin təşəbbüsü ilə professor Vasili Razumovskinin barelyefinin açılışını yüksək qiymətləndirib. Mer V.Razumovskini böyük alim və dəyərli insan kimi xarakterizə edib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu günün universitet üçün tarixi əhəmiyyətindən bəhs edib. Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu və fəxri doktoru olmasından, Prezident İlham Əliyevin elmə və təhsilə olan diqqət və qayğısından da bəhs edib.

Mərasimdə Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Vüqar İmamquliyev, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov, Çeçen Dövlət Universitetinin prorektoru Ruslan Kutuyev, Rusiya Dövlət Humanitar Universitetinin Georgiyevsk filialının direktoru Kim Vladimir, Cənub Federal Universitetinin prorektoru Sergey Dyujikov çıxış ediblər.

Tədbirin sonunda Razumovskinin nəticəsi Fyodor Boqorodski barelyefin açılışına görə təşəkkürünü bildirib.

Onu da bildirək ki, tədbir çərçivəsində Yessentuki şəhər meriyasında Bakı Dövlət Universiteti və meriya arasında əməkdaşlıq haqqında sazişimzalanıb, şəhər Tarix Diyarşünaslıq Muzeyində BDU guşəsinin açılışı baş tutub. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov