Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Azərbaycan Texniki Universitetində beynəlxalq seminar

 

Böyütmək üçün seçinNoyabrın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmli Proqramla İdarəolunan dəzgahların modernləşdirilməsinin müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir akademik Arif Paşayevin rəhbərlik etdiyi Respublika Texniki Problemlər Şurasının təşəbbüsü ilə keçirilir.

Rusiya Federasiyasının Texniki Universitetinin və müxtəlif şirkətlərin nümayəndələrinin iştirak etdikləri seminarda AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, tədbirin təşkilinin məqsədi ölkəmizin dəzgah parkında mənəvi cəhətdən köhnəlmiş Rəqəmli Proqramla İdarəolunan dəzgahların modernləşdirilməsi, bununla bağlı texnologiyaların tətbiqi, texniki xidmət və əsaslı təmir çərçivəsində görülən işlərin müzakirəsi və perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.

Vurğulanıb ki, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, sənaye müəssisələrində yüksək texnologiyaların tətbiqinə nail olmaq, bu günün tələblərinə cavab verən avtomatlaşdırılmış elektron idarəetmə vasitələrindən istifadə xüsusi əhəmiyyət daşıyır. Seminarda azərbaycanlı və rusiyalı mütəxəssislərin “Respublikada maşınqayırma, cihazqayırma və metallurgiya üzrə aktual texniki-texnoloji problemlər”, “Müəssisələrlə qarşılıqlı əlaqə təcrübəsi”, “Rəqəmli Proqramla İdarəolunan dəzgahların modernləşdirilmə texnologiyaları”, “Texniki tapşırıq əsasında yeni texnoloji avadanlığın seçimi”, “Sənaye avadanlıqlarının texniki xidməti və təmiri üzrə tədris-təmir mərkəzinin yaradılması” mövzularında məruzələri dinlənilib.

Seminar iştirakçıları Rusiyanın qabaqcıl texnoloji elmi-tədqiqat strukturlarının iş təcrübəsi və gələcək inkişaf perspektivləri ilə tanış olublar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov