Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Azərbaycan Dillər Universitetində seminar

 

Böyütmək üçün seçinAzərbaycan Dillər Universitetində (ADU) “Post-universitet imkanları: Avropa Kollecində Avropaşünaslıq üzrə Master proqramı” mövzusunda seminar keçirilib. Seminarda ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev və adıçəkilən fakültənin tələbələri iştirak ediblər.

Öncə qonaqları salamlayaraq ADU-da görməkdən məmnunluğunu dilə gətirən Vazeh Əsgərov onları seminar iştirakçılarına təqdim edib.

Avropa kollecinin Natolin kampusunun akademik assistenti Pavel Mixalski öz təqdimatında Avropa kollecinin yaranma tarixindən danışıb.

Sonda qonaq kollecə müraciət etmə proseduru haqqında ətraflı məlumat verib.

Daha sonra Avropa Kollecinin Natolin kampusunun qrup rəhbəri “The E-platform for neighbourhood” (Qonşuluq platforması) adlı təqdimatla çıxış edib. Layihənin Avropa Birliyi tərəfindən maliyyələşdirildiyini söyləyən Cudita Fiedin bununla bağlı ətraflı məlumat verib.

Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb. 

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov