Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Şahmat üzrə respublika çempionatı başa çatıb

 

Böyütmək üçün seçin“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi keçirilib.

Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən final 6 yaş qrupu üzrə təşkil olunub. Finalda zona yarışlarında I, II və III yerləri tutan oğlan və qız şahmatçılar iştirak ediblər. Ümumilikdə yarışlara 800-dək məktəbli qatılıb.

Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, İsveçrə sistemi üzrə keçirilib.

Yarışın nəticəsinə əsasən, komanda hesabında I yerə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin, II yerə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin, III yerə isə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandaları layiq görülüb.

Çempionatda yaş qrupları üzrə birinci yerə layiq görülən şahmatçılar 2016-cı ildə Tunisdə keçiriləcək məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar. İkinci yerlərin sahibləri isə Yunanıstanda keçiriləcək məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Qalib şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov