Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Məktəblilər arasında velosiped yarışı

 

Böyütmək üçün seçinYeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Xətai rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 37 komanda iştirak edib.

Reqlamentə görə, komandalar 800 metrlik marşrut boyunca yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 29 nömrəli orta məktəbin komandası layiq görülüb. 27 və 287 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Analoji yarışlar paytaxtın digər rayonlarının məktəbləri arasında da təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov