Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Yeniyetmə şahmatçımız dünya çempionu oldu

 

Yunanıstanda yeniyetmələr və daha aşağı yaş qrupu üzrə keçirilən dünya birinciliyinə yekun vurulub. Çempionata geniş heyətlə qatılan Azərbaycan millisi vətənə uğurla qayıdır. Belə ki, komandamızın heyətində Məhəmməd Muradlı yarışın çempionu adına layiq görülüb. 2121 reytinq xalına malik olan həmyerlimiz 14 yaşadək şahmatçılar arasında mübarizədə 11 turdan 9 xal toplamaqla, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ikinci və üçüncü pillədə müvafiq olaraq qərarlaşan Sarin Nihal (Hindistan) və David Penqi (ABŞ) əlavə göstəricilərə görə üstələyib.

Qeyd edək ki, Azərbaycan 1 qızıl medal qazanan 8 ölkədən biri olub.  

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov