Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

UNEC-də məzunlara vakant iş yerləri təklif olunub

 

Böyütmək üçün seçinNoyabrın 28-də məzunların işlə təmin olunmasına kömək məqsədilə Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Məzun-2015” əmək yarmarkası keçirilib.  UNEC-in 85 illik tədbirlər planı çərçivəsində keçirilən yarmarkada 50-dən çox dövlət qurumu, şirkət və banklar tərəfindən çoxsaylı vakant iş yerləri təqdim edilib.

Əmək yarmarkasında UNEC də daxil olmaqla, Azərbaycanın 40-dan yuxarı ali  və orta ixtisas təhsili müəssisəsindən, o cümlədən dünyanın  (ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya və s.) 16 ali məktəbindən 2500-ə yaxın məzun iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və UNEC-in rektoru, professor Ədalət Muradov yarmarkaya baxış keçiriblər. Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər rektor və qonaqlara vakant iş yerləri haqqında məlumat veriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

“Məzun-2015” yarmarkasında gənclərə 800-dən çox vakant iş yeri təklif olunub. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilib. Onlara müxtəlif ixtisaslar üzrə stajkeçmə, təqaüd və təcrübə proqramları da təqdim edilib.

Yarmarkanın sonunda müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov