Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi konfrans

 

Böyütmək üçün seçinDekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın böyük hərbi xadimi, istedadlı sərkərdə, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri olmuş general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransda öncə Səməd bəy Mehmandarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov konfransı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabr ayının 29-da “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Elmi konfrans da həmin sərəncama uyğun olaraq keçirilən bir tədbirdir. Məşhur hərbi xadim, görkəmli general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi şanlı hərb tariximizin öyrənilməsi, gənc nəslin azərbaycançılıq məfkurəsinə uyğun və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və eləcə də müasir ordu quruculuğunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Elmi konfransda ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov “General Səməd bəy Mehmandarov və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda məruzə ilə, yazıçı-jurnalist, polkovnik-leytenant Şəmistan Nəzərli “General Səməd bəy Mehmandarov - Azərbaycan Xalq Cümhuriyyətinin ilk ordu qurucusu”, fəlsəfə və sosial fənlər kafedrasının dosenti, əməkdar jurnalist Yasin Qaraməmmədli isə “General Səməd bəy Mehmandarov və müasir gənclik” mövzularında çıxış ediblər.

Konfrans suallar və çıxışlarla yekunlaşıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov