Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Müasir Azərbaycan memarlıq elminin banisi

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində “XX əsr Azərbaycan memarlığında Mikayıl Hüseynov zirvəsi” mövzusunda elmi konfrans keçirilib. Konfransdan öncə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov memarlıq ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olub. Rektor konfransı giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2015-ci il tarixli sərəncamı ilə görkəmli memar, akademik Mikayıl Hüseynovun anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd olunmasını milli-mənəvi irsimizə, memarlıq elminə yüksək dəyər kimi qiymətləndirib. Qeyd olunub ki, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, ictimai xadim Mikayıl Hüseynov müasir Azərbaycan memarlıq elminin banisidir. Onun həyat və fəaliyyətinin, memarlıq üslubunun tədrisi və təbliği zəruri əhəmiyyətə malikdir. Rektor universitetin memarlıq ixtisasının tələbələri üçün Mikayıl Hüseynov adına təqaüdün təsis olunması ilə bağlı fikir də səsləndirib.

Universitetin memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev “Mikayıl Hüseynovun yaradıcılığı” mövzusunda məruzə edərək görkəmli memarın SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü,  SSRİ xalq memarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi,  Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının ilk prezidenti Mikayıl Hüseynovun elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib.

Memarlıq kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova “Mikayıl Hüseynov yaradıcılığında monumental memarlıq”, memarlıq ixtisasının IV kurs tələbəsi İsmayıl İsmayıllı “Mikayıl Hüseynovun Azərbaycan memarlığının inkişafında rolu” mövzularında məruzə ilə çıxış ediblər. 

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov