Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Azərbaycanın tələbə gəncləri beynəlxalq forumda iştirak edib

 

Dağıstan Respublikasının inzibati mərkəzi Mahaçqala şəhərində keçirilən “Verşina” tələbə təhsil forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri - beynəlxalq əlaqələr departamentinin direktoru Nurxan Babayev, mətbuat katibi İlqar Talıbov və ATGTİ-nin fəal könüllüsü Rövşən Cəlilov ölkəmizi təmsil edib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, adıçəkilən forum Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin, Rusiya Gənclər İttifaqı və Rusiyanın Tələbə Birlikləri Assosiasiyasının dəstəyi ilə Dağıstan Dövlət Universitetində keçirilib.

Tədbirin əsas məqsədi müxtəlif ölkələrdən olan tələbə-gənclər arasında əlaqələrin qurulması, gənclərin idarəetmə sahəsində yeni biliklərin əldə olunması və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarət idi.

Forum çərçivəsində ATGTİ-nin nümayəndə heyəti Dağıstanın gənclərlə iş üzrə naziri Zaur Qurbanov, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov və bir çox rəsmi şəxslərlə görüşlər keçirərək ATGTİ-nin 6 illik fəaliyyəti, ölkəmizdə gənclərin inkişafı üçün yaradılan hərtərəfli şərait və ümumilikdə uğurla həyata keçirilən Azərbaycan gənclər siyasəti haqqında çıxış ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov