Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Məktəblilərin elmi konfransı

 

Böyütmək üçün seçinAzərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü, AMEA Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaq və su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin mühafizəsi üzrə Elmi Şura ilə birlikdə BMT tərəfindən elan edilmiş 2015-ci il “Beynəlxalq Torpaq ili” çərçivəsində məktəblilər üçün qış məktəbi və “Torpaq ekologiyası” mövzusunda AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda konfrans keçirildi.

Qış məktəbi və konfrans Bakı şəhərində Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 pilot orta məktəb - liseyində fəaliyyət göstərən “Ekoklub”ların  üzvlərindən ibarət olan V-VII sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi.

Qış məktəbi çərçivəsində  elmi tədqiqat ekoloji təhsil konfransının keçirilməsində əsas məqsəd məktəblilərin AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqların ekologiyası mövzusunda aparılan elmi-təcrübə tədqiqat işləri ilə tanış edilməsi, onlarda torpaqşünaslıq elminə marağın artırılması və elmi tədqiqat işlərinə cəlb olunmasıdır.

Gənc tədqiqatçılar müxtəlif elmi bölmələr üzrə təqdimatlarla çıxış etdilər. Uğurlu çıxışlarına görə gənc tədqiqatçılar sertifikatlara layiq görüldülər.

Konfransda alimlərin məruzələri dinlənildi, institutun Torpaq muzeyi, laboratoriyaları və tədqiqat istiqamətləri ilə tanışlıq oldu.

2-4 dekabr 2015-il tarixinədək  davam edən konfransın sonunda ən dəyərli məruzələrinə əsasən seçilmiş tədqiqatçılar diplomlarla təltif olunublar.  

Təhsil Nazirliyi Respublika Ekoloji  Tərbiyə və Təcrübəçilik Mərkəzi İnformasiya və Mətbuat şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov