Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Məzunlara ikili diplom veriləcək

 

Böyütmək üçün seçinAzərbaycan Texniki Universiteti (AzTU) və Almaniyanın Brandenburq Texniki Universiteti məzunlarına ikili diplomlar verəcəklər.

AzTU-nun maşınqayırma və texnoloji maşınlar fakültələri nümayəndələrinin Almaniyanın Brandenburq Texniki Universitetindən olan həmkarları ilə görüşündə bu barədə qərar qəbul edilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, hər iki ali məktəb “Şərq əməkdaşlığı” proqramı çərçivəsində bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq bir neçə ildir ki, birgə tədbirlər keçirirlər.

AzTU-nun maşınqayırma və texnoloji maşınlar fakültələrinin dekanları Ərəstun Məmmədov və Fariz Əmirov bu günlərdə Almaniyanın Brandenburq Texniki Universitetində işgüzar səfərdə olub və orada “Mühəndis elmləri günü” ilə bağlı beynəlxalq elmi-texniki konfransda məruzə ilə çıxış ediblər. Konfransda Almaniya, Çexiya, Polşa və Rusiya Federasiyasının müxtəlif universitetlərindən nümayəndələr də iştirak ediblər.

Səfər zamanı AzTU ilə Brandenburq Texniki Universiteti arasında əməkdaşlığın inkişaf perspektivləri və müştərək tədbirlər proqramı müzakirə olunub. İkili diplom verilməsi ilə nəticələnəcək birgə bakalavr və magistr hazırlığı üçün tədris planının işlənməsi qərara alınıb. Əldə edilən razılığa görə müəllim və tələbələrin mübadiləsini genişləndirmək, elmi-texniki konfransların, elmi, tədris-metodik seminarların və yay məktəblərinin keçirilməsini intensivləşdirmək nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov