Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Dünyanın ən gənc universitetlərinin reytinq cədvəli

 

Oruc MUSTAFAYEV, 
“Azərbaycan müəllimi”
 

Böyük Britaniyanın Quacquarelli Symonds (QS) agentliyi 2015-ci il üzrə dünyanın yaşı 50-dən çox olmayan  ən yaxşı  universitetlərinin reytinq cədvəlini  açıqlayıb.  Öz ölkələrində 50 il əvvəl yaradılmış ən gənc  universitetlərin reytinq cədvəlinə Sinqapurun Nanyanq Texnologiya  Universiteti  başçılıq edir.   İlk 10-luqda  Honkonq Elm və Texnologiya  Universiteti, Cənubi Koreya Qabaqcıl  Elm və Texnologiyalar İnstitutu (KAIST), Honkonq Şəhər Universiteti,  Cənubi Koreyanın Pohanq Elm və Texnologiyalar  Universiteti,  Honkonq Politexnik Universiteti (Honkonq), Bat Universiteti ( Böyük Britaniya), Maastrixt Universiteti (Niderland),  Madrid Muxtar Universiteti (İspaniya),  Barselona Muxtar  Universiteti (İspaniya) yer alıblar. Bütövlükdə 150 ali məktəbin təmsil olunduğu  reytinqin ilk 50 sırasında yer almış 24 universitet Avropada, 13 -ü Asiyada yerləşir. Lakin ilk 10-luğa 6 Asiya universiteti başçılıq edir.  Reytinqdən görünür ki,  Asiya universitetləri beynəlxalq sıralamada üstün mövqeyə malikdir.  İlk 100-lükdə 40 ölkənin ali məktəbi yerləşib.  Sıralamada Avstraliya 16 universitetlə təmsil olunub.  Xatırladaq ki, QS 2012-ci ildən dünyanın ən "gənc"  universitetlərinin reytinq sıralamasını tərtib edir. Reytinqin məqsədi  ali təhsil məkanında ənənəvi rəqiblərlə tez-tez  rəqabətə girişməkdən çəkinməyən gənc dinamik ali məktəblərin inkişaf  tərəqqisini izləməkdir.  Reytinq tərtib olunarkən ali məktəblərin akademik nüfuzu, tələbə-müəllim nisbəti,  bir elmi-pedaqoji  işçiyə düşən elmi məqalələrdən sitatgətirilmə,  işəgötürənlər arasında nüfuzu, əcnəbi tələbə və müəllimlərin sayı kimi kriteriyalar nəzərə alınır. Reytinqlə daha ətraflı www.topuniversities.com/top-50-under-50/2015 səhifəsindən tanış olmaq olar.

Dünyanın ən gənc universitetlərinin reytinq cədvəli

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov