Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Məktəbdə bədii-musiqili gecə

 

Böyütmək üçün seçinNoyabrın 27-də Bakı şəhəri 5 nömrəli  tam orta məktəbdə  Təhsil Nazirliyi  Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi ilə  məktəbin  birgə  əməkdaşlığı çərçivəsində əməkdar incəsənət xadimi, görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın 105 illik yubileyinə həsr edilmiş “Düşündürən gülüş” adlı bədii-musiqili gecə keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi  Elnur Əlizadə, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin əməkdaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, xalq artistləri Amalya Pənahova, Azər Zeynallı, Sabit Rəhmanın qızı Gültəkin Əzizova və nəvəsi, Bakı Musiqi Akademiyasının professoru,  Emin Sabitoğlunun qızı Ceyran Mahmudova və KİV nümayəndələri iştirak ediblər. 

Məktəbin direktoru Nərminə Gündüzlü tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və gecənin əhəmiyyətindən danışıb. Sonra musiqili bədii gecə  şagirdlərin ifasında   rəngarəng tamaşalardan parçalar, mahnılar və rəqslərlə  müşayiət olunub. Şagirdlər dramaturqun “Nişanlı qız”, “Əliqulu evlənir”, “Hicran” əsərləri əsasında qurulmuş tamaşalardan parçalar ifa ediblər. Azərbaycan Respublikasının xalq artistləri Amalya Pənahovanın şagirdlər qarşısında  özünəməxsus çıxışı, Azər Zeynallı tərəfindən dramaturqun oğlu Emin Sabitoğlunun bəstələdiyi “Şükriyyə” və “Gəncədən gəlirəm” mahnılarının ifası gecəni daha canlı və  obrazlı edib.

Çıxış edənlər  ölməz dramaturq  haqqında fikirlərini, xatirələrini şagirdlərlə bölüşüblər. Tədbir  məktəbin xor kollektivinin ifasında Emin Sabitoğlunun “Yaşa Azərbaycan” mahnısı ilə başa çatıb.

Sonda yubilyarın ailə üzvləri tədbiri hazırlayanlara öz təşəkkürlərini bildiriblər.    

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov