Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli liderin xatirəsi anılıb

 

Böyütmək üçün seçinDekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüblər.

Anım mərasimi UNEC-in Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə ilk öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru, professor Ədalət Muradov ulu öndərin keçdiyi mənalı həyat yoluna qısa nəzər salaraq bildirib ki, “Ümummilli lider Heydər Əliyev elə bir zirvədir ki, ona çatmaq mümkün deyil. Azərbaycanın bugünkü inkişafının təməlini ulu öndər hələ respublikaya rəhbərliyinin ilk dövrlərində qoyub. Müstəqillik illərində ölkəni böhrandan çıxararaq, dinamik iqtisadi inkişaf edən ölkələr sırasında yer almasına görə ümummilli liderə borcluyuq”, - deyən rektor, Azərbaycan təhsilinin inkişafında dahi şəxsiyyətin rolunun əvəzsiz olduğunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Heydər Əliyevin xidmətləri, sözün əsl mənasında, əvəzsizdir.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ümummilli liderin Azərbaycanda hakimiyyəti illərində gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük  layihələrdən danışıb.

Universitetin professoru Arif Şəkərəliyev məruzə ilə çıxış edib.

Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov