Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Gəncə Dövlət Universitetində “dəyirmi masa”

 

Böyütmək üçün seçin Dekabrın 9-da  Gəncə Dövlət Universitetində  ulu öndər Heydər Əliyevin anım günü münasibətilə “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncliyinə nümunədir” mövzusunda  “dəyirmi masa”  keçirilib.

Tədbiri universitetin prorektoru Asif Cavadov açaraq dahi rəhbərin mənalı həyat və fəaliyyətini diqqətə çatdırıb. Heydər Əliyevin ən çətin və mürəkkəb şəraitlərdə Azərbaycanın müstəqilliyi və xalqın mənafeyi naminə özünün və yaxınlarının həyatını təhlükədə qoymaqdan belə çəkinmədiyini vurğulayıb.

Tədbirdə bu gün həyatımızın bütün sahələrində, o cümlədən iqtisadi, siyasi, mədəni, hüquqi, beynəlxalq və s. sahələrdə əldə olunan nailiyyətlər məhz Heydər Əliyev kursuna sadiqliyin, onun ideyalarından dönməzliyin nəticəsi kimi dəyərləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan dövlətçiliyinin tarixində əbədi yer  tutan dahi liderin xalqımızın suverenliyinin möhkəmləndirilməsi və inkişafında xüsusi rolunu qeyd edərək, onun fəaliyyətinin indiki və gələcək nəsillər üçün nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov