Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Xalq şairi Nəriman Həsənzadə ilə görüş

 

Böyütmək üçün seçinDekabrın 8-də Bakı şəhəri  Humanitar Fənlər Təmayüllü liseydə xalq şairi Nəriman Həsənzadə ilə  görüş  keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, şairlər, ziyalılar  və  KİV nümayəndələri iştirak ediblər. 

Liseyin direktoru  Nəzakət Əsgərova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Sonra musiqili bədii gecə  şagirdlərin ifasında   rəngarəng tamaşalardan parçalar, mahnılar və rəqslərlə  müşayiət olunub. Azərbaycan Respublikasının xalq artisti Gülyanaq  Məmmədovanın Nəriman Həsənzadənin sözlərinə yazılmış  mahnıları ifa etməsi tədbir iştirakçıları  tərəfindən  maraqla qarşılanıb.

Şairlərdən Hacan Hacısoy,Osman Əhmədoğlu, Güllü Tomarova, Sərvaz Hüseynoğlu, İbrahim İlyaslı, Əliağa Ərşadoğlu, Səadət Novruzqızı və aşıq Cahangir Quliyev Nəriman Həsənzadə  yaradıcılığından söz açıb, şairlə bağlı xatirələrindən   danışıblar.

Təhsil Nazirliyinin nümayəndəsi Fəxri Məmmədli  tədbirin  təşkilindən razı qaldığını   bildirib və belə  tədbirlərin  başqa  məktəblərdə  də  keçirilməsinin vacibliyini söyləyib.

Digər çıxış edənlər də  şair  haqqında öz fikirlərini, xatirələrini şagirdlərlə bölüşüblər.

Xalq şairi Nəriman Həsənzadə şagirdləri maraqlandıran sualları cavablandırıb və  tədbiri hazırlayanlara öz təşəkkürünü bildirib.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov