Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Lerikdə yeni məktəb binası istifadəyə verilib

 

Dekabrın 8-də Lerik rayonu Anbu kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində qeyd olunub ki, 180 şagird yerlik bu təhsil ocağının tikintisinə 2014-cü ilin sentyabrından başlanılıb. Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan məktəb 12 sinif otağı, 2 laboratoriya, kompüter otağı, akt və idman zallarından ibarətdir. Məktəb ərazisində yanğın və içməli su anbarları, qazanxana inşa olunub. Məktəbin həyəti abadlaşdırılıb və yaşıllıq zolağı salınıb.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, bütün yeni məktəblər müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov