Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

“Tərəqqi” liseyində ulu öndər Heydər Əliyevin anım günü

 

Böyütmək üçün seçinDekabrın 11-də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki  “Tərəqqi” liseyində  ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Öncə qonaqlar liseyin foyesində ulu öndər Heydər Əliyevin şəkli önünə gül dəstələri qoyublar. Dövlət himni ifa olunduqdan sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə liseyin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova açaraq ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.

Tədbirdə  Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Mirzəyev çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ulu öndərə sonsuz   xalq məhəbbətindən söz açıblar. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov