Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Taekvondoçumuz Yay Olimpiya Oyunlarına lisenziya əldə edib

 

Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti lisenziya əldə edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın aktivinə bu vəsiqəni kişilərdən ibarət taekvondo üzrə milli komandamızın üzvü Radik İsayev (80 kq-dan yuxarı) qazandırıb.

Dünya və Avropa çempionumuz bu vəsiqəni Qran-pri turnirində yığdığı reytinq xalı sayəsində təmin edib.

Meksikanın paytaxtı Mexikoda yekunlaşan taekvondo üzrə Qran-pri turnirinin final mərhələsində mübarizə aparan idmançımız dörddəbir finalda məğlub olsa da, dünya reytinq siyahısında üçüncü pillədə qərarlaşıb. Bununla da təmsilçimiz “Rio-2016”da iştirakını təmin edib. Mexikodakı turnirdə hər çəki dərəcəsində 8 ən güclü idmançı iştirak edib.

Beləliklə, ölkəmiz “Rio-2016”da iştirak üçün lisenziya sayını 28-ə çatdırıb.

Xatırladaq ki, R.İsayev dekabrın 8-9-da Meksikada təşkil olunacaq taekvondo üzrə dünya kuboku yarışlarına da qatılacaq.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov