Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Nazir yeni rektoru kollektivə təqdim edib

 

Böyütmək üçün seçinDekabrın 14-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsinə təyin edilmiş Əziz Cəmil oğlu Əliyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov, təhsil müəssisəsinin pedaqoji kollektivi və tələbələr iştirak edib.

Təhsil naziri Əziz Əliyevin İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzu edib.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov Əziz Əliyevin bu ali məktəbin Bakı filialının rektoru təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

Böyütmək üçün seçinƏziz Cəmil oğlu Əliyev 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika işi fakültəsinə daxil olub və 1992-1999-cu illərdə təhsilini ABŞ-ın Nyu-York Universitetində davam etdirib. 1999-2002-ci illərdə ABŞ-ın Pitsburq Tibb Universitetinin rezidenturasında oxuyub. Həmin ölkədə müdafiə edərək 2003-cü ildə tibb elmləri namizədi, 2008-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcələrini alıb, professordur.

 www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov