Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi

 

Dekabrın 14-də “Fövqəladə hallar uşaqların gözü ilə” V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat tərzinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və fövqəladə hallarda yarana bilən problemlərə ictimaiyyətin diqqətini yönəltməkdən ibarətdir.

Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən keçirilən müsabiqə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunub.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunmuş mərasimdən öncə təhsil nazirinin müavini Ceyhun Bayramov, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və  BMT-nin  Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi uşaqların əsərlərindən ibarət sərgiyə baxıblar.

Böyütmək üçün seçinRespublikanın bütün şəhər və rayonlarının ümumtəhsil və internat məktəbləri şagirdlərinin  iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və respublika mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 503  rəsm, 305 plakat, 197 əl işi, 191 yanğın və qəza-xilasetmə texnikasının modeli və 167 yumşaq oyuncaq təqdim olunub.

Bundan əlavə, I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinə Rusiya, Türkiyə, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Koreya, Macarıstan və Moldovadan ümumilikdə 37 rəsm və 5 plakat təqdim olunub.

Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunmuş işlər qiymətləndirilib və qaliblər müəyyən olunub. Müsabiqədə ümumilikdə, 166 qalib müəyyən edilib.  Bunlardan 31-i birinci, 45-i ikinci, 55-i üçüncü yeri tutub, 35-i isə fəal iştiraka görə təltif edilib. Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov