Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Sumqayıt Dövlət Universitetində əməkdaşlıq müqaviləsi imzalanıb

 

Böyütmək üçün seçinDekabrın 14-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik  Dilqəm Tağıyev, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA-nın  Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov SDU-da   olublar.

SDU-nun rektoru, professor Elxan Hüseynov qonaqları universitetdə görməkdən  məmnun olduğunu bildirib və “dəyirmi masa” ətrafında elmin, təhsilin inkişafına dair fikir mübadiləsi aparılıb.

Sonra ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla  yad edilib.

 Universitetin ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən fotolar qonaqların marağına səbəb olub.

Rektor təhsilimizin inkişafına hər zaman xüsusi diqqət göstərən ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəzdə əməkdaşlıq müqaviləsinin imzalanmasının təsadüfi xarakter daşımadığını bildirərək ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsinin məhz bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu söyləyib Qeyd olunub ki, ulu öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Rektor ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib. 

Rektor Elxan Hüseynov onu da vurğulayıb ki, AMEA-nın Polimer Materialları İnstitutu ilə universitet arasında təhsil-elm-istehsalat  çərçivəsində elmi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və hədəflər müəyyənləşdirilmişdir. O, akademiyanın prezidenti, akademik Akif Əlizadənin şəxsən iştirakı ilə imzalanacaq əməkdaşlıq müqaviləsinin təhsilin elmə, elmin təhsilə inteqrasiyasına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında Sumqayıt Dövlət Universitetində olduğundan məmnunluğunu ifadə edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildiyini və bu gün də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, xalqımız üçün son dərəcə əhəmiyyətli olan hər iki sahə ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaradıb. Bu imkanlardan səmərəli istifadə etməklə elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığının müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi hazırda AMEA-nın qarşısında duran əsas vəzifələrdəndir. AMEA-nın prezidenti Sumqayıt Dövlət Universitetində imzalanacaq əməkdaşlıq müqaviləsinin elm və təhsilin inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.

Sonra Sumqayıt Dövlət  Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu, Polimer Materialları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Mətbuat xidməti 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov