Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

“Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir

 

Böyütmək üçün seçinBakı Ali Neft Məktəbində (BANM) ““Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Öncə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, BANM-də təhsil alan tələbələr gələcəkdə neftçi peşəsində öz əməlləri ilə onların ruhunu şad etməlidirlər.

Rektor Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və nümayəndələrinin Ali Neft Məktəbinə gəlişindən məmnun olduğunu və belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan gənclərinə milli-mənəvi dəyərləri təbliğ etmək işini qarşısına məqsəd qoyan bu Fondun gördüyü işlər təqdirəlayiqdir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov öz çıxışında Fondun yaranma tarixindən və fəaliyyətindən söz açıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq şifahi xalq ədəbiyyatımızın qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq H.Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib. Oktay Səmədov Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov ““Kitabi-Dədə Qorqud” və dövlətçilik” mövzusunda məruzə ilə çıxış edib.

Sonda tələbələr məruzə ilə bağlı fikirlərini bildiriblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov