Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

ADMİU-nun SABAH-çıları  Krakov Teatr festivalında

 

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və  SABAH  qrupunun II kurs tələbələri Şövkət Məhərrəmova (rejissor ixtisası), İbrahim Tağızadə (rejissor ixtisası), Nərmin Xankişiyeva (musiqi teatr rejissoru) və Sevgin Rzayeva (aktyor sənəti) dekabr ayının 4-13-ü tarixlərində  Polşanın Krakov şəhərində  Adam Mitskeviç İnstitutunun dəvəti ilə 8-ci Beynəlxalq “İlahi komediya” teatr festivalının qonağı olub.   “İlahi komediya” sənətsevərlərə Polşanın müasir teatr həyatı ilə yaxından tanış olmaq imkanı yaradan  dünyanın ən maraqlı beynəlxalq teatr festivallarındandır.  Beynəlxalq əməkdaşlıq, mədəni mübadilə, Polşanın müasir teatr həyatı ilə tanışlıq, tələbələr və müəllimlər arasında əlaqələrin möhkəmlənməsi məqsədi ilə ADMİU-nun müəllim və tələbələri zəngin proqramı olan festival çərçivəsində nümayiş olunan 16 tamaşanı izləyib,  müasir teatr sənətinin tanınmış rejissor və aktyorları ilə görüşlərdə, onların ustad dərslərində, mühazirə və seminarlarda yaxından iştirak ediblər. Festival çərçivəsində nümayəndə heyətimiz geyim, dekor sexlərinin fəaliyyəti ilə bağlı  film və müxtəlif geyimlər nümayiş olunan Bosko Komediya Teatr festivalının   “Teatr möcüzəsi”adlı sərgisinə də qatılıblar. Festivalda Belarus, Gürcüstan, Ukrayna, Amerika,  İngiltərə, Yaponiya və dünyanın başqa ölkələrindən  qonaqlar da iştirak edib, fikir mübadiləsi aparıblar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov