Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil edilib

 

Böyütmək üçün seçinXalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar dekabrın 8-dən etibarən Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil edilib.

Təhsil şöbəsindən bildirilib ki, tərtib edilmiş qrafikə uyğun olaraq Heydər Əliyev Mərkəzinin növbəti qonaqları şəhər 2 nömrəli məktəbin şagirdləri olub.

Şagirdlər əvvəlcə ulu öndərin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar. Əbədiyaşar liderimizin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri haqqında dolğun məlumatlar əldə edən məktəblilər, həmçinin ulu öndərə həsr olunmuş sənədli filmi izləyiblər.

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası tədris ilinin sonunadək davam edəcək.
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov