Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Göyçayda Əliağa Vahidin 120 illik yubileyi keçirilib

 

Göyçay rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əliağa Vahidin 120 illik yubileyi ilə əlaqədər “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir təşkil olunub. Rayon təhsil şöbəsindən  bildirilib ki, tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin “Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını diqqətə çatdırıblar. Bildirilib ki, sərəncama uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Əliağa Vahid yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirilib, şairin əsərləri çap olunub, haqqında çoxsaylı elmi məqalələr yazılıb.

Qeyd edilib ki, Əliağa Vahid hələ erkən yaşlarından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir ənənələrini dərindən mənimsəyərək klassik sənətkarlar səviyyəsində qəzəllər yazıb. Onun yaradıcılığında satira, yumor və lirika vəhdət təşkil edir. Şeirlərinin əsas obrazları Vətən, sevgi, həyat, insandır. Yüksək obrazlılıq, fikri təsirli ifadə etmək bacarığı onun şeirlərinə əbədiyyət qazandırıb. Məhz buna görə də ilk şeirlərini yazdığı dövrdən yüz ildən çox vaxt keçsə də, qəzəl ustadının əsərləri yaddaşlardan silinmir, dillərdə dolaşır.

Tədbir iştirakçıları Azərbaycan ədəbiyyatında Əliağa Vahidin xidmətlərindən söz açıb, onun ənənələrinin bu gün də davam etdirilməsindən danışıblar. Məktəblilər Məhəmməd  Füzuli  ənənələrinin  davamçısı olan  Əliağa Vahidin yaradıcılığından nümunələr səsləndiriblər. Yubiley tədbiri rayon mədəniyyət evinin və uşaq musiqi məktəbinin  hazırladığı musiqili kompozisiya ilə başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov