Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Ədəbi-bədii gecələr

 

 Quba Rayon Təhsil Şöbəsindən bildirilib ki, rayonun ümumtəhsil məktəblərində görkəmli şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Yaşamaq yanmaqdır” başlığı altında ədəbi-bədii gecələr keçirilib.  

Ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdləri arasında “Şeirim amalımdır” mövzusunda diskussiyalar aparılıb. Fikir mübadilələrində Bəxtiyar Vahabzadə gənclərin nəzərində həm milli və ideal vətəndaş, həm də dünyamızın taleyi, insanların gələcək səadəti üçün narahat duyğularla yaşayan zərif qəlbli şair kimi canlandırılıb.

Həmçinin rayonun bütün ümumi və tam orta məktəblərində  “Bəxtiyar Vahabzadə - ana dili” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Bu müsabiqədə şairin düşüncələrində ana dilinin xalqın varlığında oynadığı rolu düzgün müəyyənləşdirən şagirdlərin yazı işləri fərqləndirilib və RTŞ tərəfindən fəxri fərmana layiq görülüb. 

Səhifəni hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov