Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Məktəblilərin respublika ekoloji breyn-rinqi keçirilib

 

Böyütmək üçün seçinTəhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə Bakı şəhərində ARDNŞ Ekologiya İdarəsinin Eko-parkında dekabrın 11-də məktəblilərin “Ekoerudit” Respublika breyn-rinqinin final yarışı keçirilib.

Breyn-rinqin zona mərhələsi 2015-ci ilin noyabr ayında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba, İsmayıllı şəhərlərində rayon, şəhər orta təhsil müəssisələrinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilmişdir.

Ekologiya elminin və ətraf mühitinin qorunması sahəsində müxtəlif mövzuları əhatə edən yarışmada 600-dən artıq məktəbli ekoloji biliklərini sınayıb. Breyn-rinqin final mərhələsinə zona qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan, Quba, Qax, Astara şəhər və rayonlarının tam orta məktəblərinin komandaları seçilmişdir.

Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.

“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinqində Şirvan şəhərinin “Şirvan” komandası I yer, Quba rayonu “Ekostar” komandası və Bakı şəhəri 186 nömrəli tam orta məktəb II yer, Bakı şəhəri 274, 49 nömrəli tam orta məktəbləri və Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası III yer, Gəncə şəhər 17 nömrəli tam orta məktəbin “Nizami” komandası, Astara rayonu “Gənc ekoloqlar” komandası və Qax rayonu 5 nömrəli tam orta məktəbin komandası həvəsləndirici yerlərə layiq görülüb.

Respublika mərhələsinin qaliblərinə diplomlar və qiymətli hədiyyələr Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsi tərəfindən təqdim olunub. Tədbir çərçivəsində məktəblilərin iştirakı ilə Eko-Park və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleks ərazisində ekskursiya da təşkil edilib.

Tədbirdə ARDNŞ-nın Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov, şöbə rəisi Fizuli Hacıyev, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova, Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Mərkəzin direktor müavini Lalə Dadaşova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev və ARDNŞ Eko-Parkın direktoru Tahir Şıxəliyev, BDU-nun biologiya fakültəsinin dosenti Sevinc Hümbətova iştirak ediblər.  

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi İnformasiya və Mətbuat şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov