Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

İnternat məktəbində bayram sevinci

 

Dekabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnı oxuyublar.

Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.

 Media nümayəndələri internat məktəbində şagirdlər üçün yaradılan tədris və məişət şəraiti ilə yaxından tanış olub və şagirdlərlə birgə nahar ediblər. KİV təmsilçilərinə məlumat verilib ki, Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra cari ilin noyabrında şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı mövcuddur.

İnternat məktəbi şagirdlərinin beynəlxalq səviyyəli idman yarışlarında, respublika rəsm sərgilərində iştirakı və qazandıqları nailiyyətlər barədə də media nümayəndələrinə məlumat verilib.

Qeyd edək ki, internat məktəbində təlim-tərbiyə alan 198 nəfər şagirddən 104-ü bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinə cəlb edilib. Şagirdlərin təlim-tərbiyəsi ilə 103 nəfər pedaqoji heyət məşğul olur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov