Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

İnşa müsabiqəsinin respublika mərhələsi keçirilib

 

Böyütmək üçün seçinDekabrın 20-də Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsi keçirilib. Müsabiqədə respublikanın bütün bölgələrindən olan 101 nəfər şagird iştirak edib.

Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planına və həmin planın 8-ci bəndinin icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir.

Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin adları yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim olunub.

İnşa yazıları Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqə qalibləri müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov