Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya

 

Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə Səməd bəy Mehmandarovun yubileyi qeyd edilib.

Təhsil şöbəsindən  bildirilib ki, ictimaiyyət nümayəndələrinin, ziyalıların, bölgə yazarlarının iştirak etdiyi tədbirdə rayon təhsil şöbəsinin müdiri Leyla İsayeva, şairlərdən Barat Vüsal, Saqif Qaratorpaq və başqaları çıxış edərək general Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən general Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi nazir təyin edilib və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub. Hərbi nazir kimi ordunu milli zəmin üzərində təşkil edib və ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin qorunmasında misilsiz xidmətlər göstərib.

Tədbirdə məktəblilərin ifasında generala həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov