Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Tələbələr üçün təlimlər keçirilir

 

Xəzər Universitetində tələbələr üçün sosioloji araşdırmalar üzrə təlimlər keçirilir. Təlimdə iştirak edən tələbələrə internet üzərindən anket sorğularının hazırlanması, sosioloji araşdırmaların metodologiyası, sorğu texnologiyaları və s. üzrə universal biliklər öyrədilir.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, təlimlər Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, assosiasiyanın təşkilati dəstəyi ilə həyata keçirilən “Gənclər üçün sosioloji araşdırmalar üzrə ustad dərsi” layihəsi çərçivəsində təşkil olunur.

Təlimdən sonra gənclər sahəsinə həsr olunmuş mövzularda internet sorğular həyata keçiriləcək. Layihənin sonunda iştirakçılara sertifikat və mükafatlar təqdim olunacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov