AMEA-nın Naxçıvan Bölməsində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev qadınların cəmiyyətdəki yeri, mövqeyi və rolundan danışıb. Qeyd edib ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.

 

O, ümummilli lider Heydər Əliyevin qadın azadlığına xüsusi diqqət yetirdiyini bildirib, diqqətə çatdırıb ki, Ümummilli liderin qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb.

 

Akademik Naxçıvanda da qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını söyləyib. İ.Hacıyev bölmənin qadın əməkdaşlarının fəaliyyətindən danışıb, onları təbrik edərək işlərində uğurlar arzulayıb.

 

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva çıxış edərək ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib.