Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir.

 

Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.

 

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 15 aprel 2020-ci il tarixinədək müraciət etməlidirlər.

 

İkili diplom proqramı ilə bağlı əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.