Sumqayıt Dövlət Universiteti  (SDU)  də Prezident İlham Əliyevin çağırışına qoşulub. Belə ki, ali məktəbin Elmi Şurasının onlayn keçirilən iclasında  Koronavirusla  (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürmək barədə qərar qəbul olunub. 

 

SDU-nun rektoru, professor Elxan Hüseynov iclasda qeyd edib ki, koronavirus infeksiyası dünya ölkələrində  sürətlə yayılmaqdadır: “Azərbaycan ərazisində virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və qabaqlayıcı tədbirlər görür və bu işlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur. Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən təşkilatlar könüllü olaraq Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edirlər. Bu tarixi hadisə Azərbaycan xalqının birliyini, bir yumruq kimi birləşdiyini bir daha sübut etdi”.

 

Rektor diqqətə çatdırıb ki, hazırda universitetdə  tədris prosesi onlayn qaydada davam etdirilir.