Şəkidə orta məktəb müəllimi koronavirus pandemiyasına qarşı mübarizə şəraitində hər kəsə nümunə olan gözəl  bir addım atıb. İnfeksiyadan qorunmaq üçün hazırda ciddi ehtiyac duyulan  tibbi maskalar tikməyə başlayıb.

 

Bu haqda məlumat verən  Şəki Şəhər Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov bildirib ki, şəhər 21 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Könül Zeynalova evdə tibbi maska hazırlayır, ehtiyacı olan insanlara yardım edir, beləliklə,  ümummili məsələyə  çevrilən mövcud xəstəliklə mübarizədə  fəal vətəndaş mövqeyi nümayiş etdirir. 

 

Bildirilib ki, K. Zeynalova gündə,  təxminən 25-30 maska tikir. Bu işi reallaşdırmağa başladığı gündən indiyə kimi,  təxminən 150-dən artıq  maska tikərək şəhər sakinlərinə, xüsusi ehtiyacı olan insanlara hədiyyə edib.