Ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert keçirilib.

 

Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi AkademiyasıAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllim-tələbə heyəti, eləcə də təhsilini xaricdə davam etdirən tələbələr çıxış edib.

 

Onlayn konsertdə ümummili liderin sevdiyi mahnılar və Azərbaycanın görkəmli bəstəkarlarının məşhur əsərləri səsləndirilib.